Fazil Qasımovun bəzi vəsatətləri təmin edildi

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov və onunla birlikdə ittiham olunan Anar Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bir neçə vəsatətlə çıxış edib.

O, Qubad İbadoğlunun, vəkillər Zibeydə Sadıqova və Şəhla Hümbətovanın şahid qismində məhkəməyə dəvət olunması barədə də vəsatət qaldırıb. Məhkəmənin qərarı ilə bu vəsatətlər baxılmamış sayılıb.

Fazil Qasımov vəkilləri ilə istintaq təcridxanasında görüş və cinayət işi ilə tanış olması üçün şərait yaradılmasını da istəyib. Bu vəsatətlər təmin olunub.

Məhkəmənin növbəti iclası 31 oktyabra təyin olunub.

Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. O, Qubad İbadoğlunun işi ilə bağlı saxlanılıb. İstintaqın gedişində Fazil Qasımovun işi Qubad İbadoğlunun işindən ayrılaraq icraata götürülüb.

COP29