Dünya iqtisadiyyatındakı passiv gedişat şirkətləri çətin vəziyyətə salıb.
Yenicag.az “Sözcü”yə istinadən bildirir ki, bu barədə ABŞ Federal Ehtiyat Sisteminin (FED) dərc etdiyi “Bej Kitab” hesabatında məlumat verilib.
Hesabata görə, son həftələrdə iqtisadi aktivlik orta səviyyədə artsa da, bəzi bölgələrdə geriləmə müşahidə olunub. Bu isə şirkətlərin iqtisadi perspektivinin mənfi olmasına yol açıb.
İqtisadi aktivliyin azaldığı bölgələrdəki şirkətlər tələbin zəifləməsinin yüksək faiz dərəcələri, inflyasiya və təklifin azalması ilə əlaqədar olduğunu bildiriblər. Bununla yanaşı, əksər bölgələrdəki bankirlər yaşayış evləri üçün daşınmaz əmlak kreditlərinin azalması fonunda kredit həcmlərinin azaldığını bildiriblər.
Mövcud gedişat inflyasiyanın FED-in 2 faizlik hədəfindən üç dəfə yüksək olmağa davam etdiyini göstərsə də, mərkəzi bankın ardıcıl dördüncü dəfə faiz dərəcələrini 75 baza bəndi artıracağına dair gözləntilər var.
Gülşən