FED-dən inflyasiya açıqlaması: “Vəziyyət qəbuledilmaz səviyyədədir”

Federal Ehtiyat Sistemi (FED) may ayından etibarən ABŞ-də iqtisadi mənzərənin zəif olduğunu açıqlayıb.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Amerika maliyyə sistemindəki mövcud vəziyyətin qiymətləndirilməsini özündə əks etdirən Maliyyə Sabitliyi Hesabatının 2022-ci ilin noyabr buraxılışını dərc edib. Hesabatda may ayından etibarən inflyasiyanın ABŞ-də qəbuledilməz dərəcədə yüksək olaraq qaldığı bildirib.

Hesabata görə, pisləşən iqtisadi mənzərə və yüksək faiz dərəcələri şirkət qiymətləndirmələrini aşağı salsa da, bazarlarda yüksək volatillik dövründə daşınmaz əmlak qiymətləndirmələri yüksək olaraq qalıb, o cümlədən istiqraz gəlirləri artıb. Ümumilikdə, bu gün qlobal pul siyasətinin eyni vaxtda sürətli sərtləşdirilməsi, yüksək inflyasiya və yüksək qeyri-müəyyənlik ilə əlaqədar olaraq risk faktorlarının artacağı gözlənilir.

Gülşən