FED faiz dərəcəsini aşağı sala bilər – PROQNOZ

İyul ayında inflyasiyanın illik 9,1 faizdən 8,5 faizə düşməsi bazarlarda faiz dərəcələrində 50 bənd artım gözləntilərinə səbəb olub.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) yüksək inflyasiyanın qarşısını almaq üçün mart ayından etibarən sərtləşdirmə siyasətini davam etdirir.  FED iki ay ardıcıl olaraq faiz dərəcələrini 75 baza bəndi artırdı ki, bu, 1980-ci illərdən bəri ən sürətli sərtləşmə dövrü oldu.

FED rəsmiləri öz açıqlamalarında bu qərarın son 40 ildə pik həddə çatan inflyasiyanı azaltmaq məqsədi daşıdığını bildiriblər. FED sədri Cerom Pauel iyul toplantısından sonra təşkil edilən mətbuat konfransında sentyabr toplantısında da yüksək həcmli artımın müzakirə ediləcəyini açıqlayıb.

Lakin ekspertlərə görə, inflyasiyanın gözləniləndən çox aşağı düşməsi və məşğulluq bazarının son vəziyyəti bazarlarda faiz dərəcələrinin 50 bənd olacağı ilə bağlı ehtimalları artırır.

“Bank of America”nın iqtisadçısı Maykl Capen isə FED-nin uçot dərəcəsində dəyişiklik edərsə, bu rəqəmin yüksək olmayacağını proqnozlaşdırır. O, FED-nin bu gün açıqlanacaq qərarı ilə bağlı: “Xərc və fayda təhlili kiçik dərəcə artımına doğru inkişaf edir və inflyasiya bunu dəstəkləyir. Əgər məşğulluq məlumatları güclü bir şəkildə geri dönərsə, 75 baza bəndlik faiz artımı ehtimalı masada olacaq”, – deyə bildirib.

Gülşən