FED-in faiz qərarı GÖZLƏNTİLƏRİ: Dollara tələb artır – LİMİT

ABŞ Federal Ehtiyat Sistemi (FED) qlobal iqtisadiyyatdakı yavaşlama və yüksək inflyasiya ilə bağlı narahatlıqlar fonunda dollar indeksini yenidən 105 səviyyəsinə qaldırıb.

Yenicag.az xəbər verir ki, ABŞ-də inflyasiyanın son 41 ilin ən yüksək səviyyəsinə yüksəlməsi, qlobal iqtisadi yavaşlama ilə bağlı narahatlıqlar və FED-in faiz dərəcələrini direktivlərdən daha kəskin artıra biləcəyi ilə bağlı fikirlərin güclənməsi qlobal miqyasda dollara tələbin artmasına səbəb olub. Bu baxımdan, dollar indeksi gün ərzində 0,5 faiz artaraq 104,8-ə yüksəldiyi halda, ötən ay dollar indeksi 105 səviyyəsinə yaxınlaşıb.

Yaponiya və ABŞ istiqrazlarının gəlirliliyi arasında uçurum dollara nisbətdə genişləndikcə Yaponiyanın milli valyutası olan yen tarixi minimuma enib. Belə ki, mart ayından etibarən yen dollara nisbətdə 15 faizdən çox dəyər itirib. Ən böyük kriptovalyuta olan “Bitcoin”in qiyməti isə 2020-ci ilin dekabrından etibarən ilk dəfə 25.000 dollardan aşağı düşüb. Son 7 gündə “Bitcoin”in qiyməti 20 faizə yaxın ucuzlaşıb. Digər tərəfdən, avro, sterlinq və İsveçrə frankı da gün ərzində dollar qarşısında 4 həftənin minimumuna düşüb. Dolların bu valyutalara nisbətdə bahalaşması indeksin yüksəlməsinə səbəb olur.

Analitiklərə görə, çərşənbə günü açıqlanacaq FED-in faiz qərarına qədər bazarlardakı volatillik davam edəcək. FED-in bu ay keçiriləcək iclasında faiz dərəcələrini 50 baza bəndi artıracağı gözlənilir.

Bu həftə keçiriləcək yığıncaqda FED-in inflyasiyanı 25 faizlik ehtimalla idarə etmək üçün faiz dərəcələrini 75 baza bəndi artıracağı proqnozlaşdırılıb.

Gülşən Şərif

COP29