“FED-in uçot dərəcəsinin artırılmasının manata birbaşa təsiri yoxdur”.
Bu sözləri ABŞ-nin Mərkəzi Bankı Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini son 16 ilin ən pik həddinə yüksəltməsinin Azərbaycana mümkün təsirləri haqda danışan iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a deyib.
O bildirib ki, hazırkı vəziyyətdə proses Mərkəzi Bank tərəfindən tənzimlənir:
“Bu səbəbdən də FED-in verdiyi qərarların Azərbaycan manatına təsiri yoxdur. Digər bir tərəfdən, Mərkəzi Bankın FED-lə sinxron fəaliyyət göstərməsi də mənfi təsirləri sıfıra endirir”.