Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iki gün davam edən iclası yekunlaşıb.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, FED uçot dərəcəsini 0,75-1% səviyyəsində saxlayıb.
Qeyd edək ki, son dəfə FED martın 15-də uçot dərəcəsini artırıb.
Bundan əvvəl, 2016-ci il, dekabrın 14-də tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75% artırılması barədə qərar qəbul etmişdi.
Yeniçağ.Az