FED uçot dərəcəsini yüksəltdi

ABŞ-nin mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz artırıb.

Yenicag.az xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Belə ki, uçot dərəcəsi 4,75-5%-ə qaldırılıb.

Son faiz artımı ilə uçot dərəcəsi 2006-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib.