Fədayə Laçının anasını ağladan XATİRƏ: “İçəridən mənə zəng edəndə ilk sözüm bu oldu ki…”

Uzun müddətdir, Rusiyada yaşayıb, fəaliyyət göstərən müğənni Fədayə Laçın Bakıya gəlib.

Yenicag.az xəbər verir ki, “Xəzər axşamı” verilişində sənətçinin anası qızından danışaraq göz yaşlarını saxlaya bilməyib:

“Fədayəni oğlan kimi böyütmüşdüm. Uşaq vaxtı o biri bacısı İlahəyə gəlincik, paltar alanda, ona velosiped, şalvar alırdım. Mən hara gedirdim, dalımca gəlirdi.

Bir dəfə onu möhkəm vurdum, ondan sonra harasa gedəndə dalımca düşmədi. Kaş onu vurmayaydım. Başına o hadisə gələndə, içəridən mənə zəng etdi.

İlk sözüm bu oldu ki, kişinin başına iş gələr. Amma bunu ona görə belə dedim, ürəyimdə isə çəkdiyimi çəkirdim”.

Nehru

COP29