Fədayə Laçının apellyasiya şikayəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə onun vəkili Türkel Süleymanlı xəbər verib.

Xatırladaq ki, bir müddət əvvəl Nəsimi rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin müddətini 3 ay uzadıb. Şikayət həmin qərardan verilib.