Məhkəmənin qərarı ilə oktyabrda azadlığa çıxacaq müğənni Fədayə Laçının bacısı İlahə Fəda sevincini bölüşüb.
Yenicag.az-a açıqlama verən İlahə minnətdarlığını ifadə edib:
“Prezidentimiz İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, məsələnin yenidən qaldırılmasına kömək edən aparıcı Mirşahin Ağayevə təşəkkür edirəm. Ən xoşbəxt günümüzdür. Fədayə həbsə düşəndən bəri anamın gecəsi-gündüzü yox idi. Diriykən ölü kimiydi, günü ağlamaqla keçirdi. Bu xəbər anamı həyata qaytardı. Bacım indən belə sənəti ilə məşğul olacaq və hər zaman olduğu kimi, Azərbaycan mədəniyyətinə xidmət edəcək”.
Cəvahir