Fədayə Laçının Rusiyaya köçməsinin SƏBƏBİ – Bacısı açıqladı

Yayılan xəbərlərə görə, müğənni Fədayə Laçın pandemiya səbəbindən Rusiyadadır və geri qayıda bilmir. Əslində isə belə deyil. Müğənni birdəfəlik Rusiyaya köçüb.

Yenicag.az-a bu barədə sənətçinin bacısı İlahə Fəda açıqlamasında deyib.

O, bacısının pandemiyadan öncə Rusiyaya getdiyini bildirib:

“Fədayə pandemiyadan qabaq Rusiyaya getmişdi. İndi də oradadır. Amma Bakıya qayıtmamağının səbəbi pandemiya deyil. Özü gəlmək istəmir. Niyə gəlsin ki, orada ona yaxşıdır. Sənətini də Rusiyada davam etdirir. Oğlu da yanındadır”.

İlahə Fədayənin Rusiyada kirayədə qaldığını deyib:

“Fədayənin Bakıda evi vardı ki, Rusiyada da olsun? Kirayədə qalır”.

Cəvahir