Federasiya prezidenti istefa verdi

Qana Futbol Assosiasiyasının prezidenti Kvesi Nyantakyi istefa verib.

Yenicag.az xəbər verir ki, buna onun korrupsiya qalmaqalında iştirak etməsi səbəb olub.

Əməlini etiraf edən Nyantayki dövlət başçısı Nana Akufo-Addodan üzr də istəyib.

O, diqqətsizlikdən dələduzların qurbanı olduğunu bildirib.

Qeyd edək ki, iyunun 7-də Qana höküməti ölkənin futbol sektorundakı korrupsiya halları ilə bağlı sənədli filmin nümayişindən sonra milli assosiasiyanı buraxmağı qərara alıb. Filmdə K.Nyantakyinin bir iş adamından 65 min dollar aldığı əksini tapıb.

2005-ci ildən Qana Futbol Assosiasiyasının prezidenti olan K.Nyantakyi FIFA Şurasının üzvüdür. Lakin artıq ali futbol qurumu afrikalı funksioneri 90 gün müddətinə futboldan uzaqlaşdırıb.

COP29