!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Federasiya Şurasının sədri: “Pavilyon Azərbaycanı Rusiyada tanıdacaq”

!Reklam – Yazi

Birinci vitse-prezident Mehriban Əliyeva ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (VDNX) əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışında iştirak ediblər.

Yenicag.az “Moskva-Baku” portalına istinadən xəbər verir.

“Tarixi görkəminə uyğun yenidən qurulan pavilyonda Azərbaycanın bütün füsunkarlığını təqdim etmək imkanı əldə etmişik. Həm iqtisadiyyat, həm mədəniyyət, həm də humanitar sahə nəzərdə tutulur. Olduqca gözəl, adına layiq olub”, – deyə o qeyd edib.

Rusiyalı spiker iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişaf etdiyini vurğulayıb: “Rusiyada Azərbaycana maraq getdikcə artır, VDNX-dakı bu pavilyon da Azərbaycanı Rusiyada tantmaq üçün daha bir vasitə olacaq”.

Qeyd edək ki, hələ 1939- cu ildə o zamankı Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Sadiq Dadaşovla Mikayıl Hüseynovun layihəsi əsasında tikilən və “Azərbaycan SSR” adı verilən pavilyonun fasadı görkəmli tişə ustası Fuad Əbdürrəhmanovun heykəltaraşlıq əsərləri ilə bəzədilmişdi.

www.yenicag.az

2723
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv