Federasiyada maaş qalmaqalı

Azərbaycan Milli Karate Federasiyası növbəti dəfə maaş problemi yaşayıb. Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Beynəlxalqa bankın sponsorluqdan çəkilməsindən sonra federasiyada maaş almayan idmançılar var.

Hətta Bankın “İnter” futbol klubuna olduğu kimi, AMKF-na da maliyyə təminatı var. Ancaq deyəsən, bank bu öhdəliyini yerinə yetirməyib.

Bir neçə karateçinin Yeniçağ.az-a bildirdiyinə görə, artıq 1 aydan çoxdur ki, onların maaşları geçikir. Ötən ay verilən qonorarın da bir hissəsi qalıb.

Xatırladaq ki, hələ Beynəlxalq Bank sponsorluqdan çəkilməmişdən öncə Federasiyadakı idmançılar 5 ay idi ki, maaş üzünə həsrət qalmışdılar.

Yeniçağ.az