Fəhlə daşıyan mikroavtobus yandı – Bərdədə

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı “Mercedes” markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.