Fəhlə torpaq uçqunu altında qalıb – Biləsuvarda

Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb.

Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

COP29