Fəhlənin ölümü xəbərinə Sumqayıt Texnologiyalar Parkından REAKSİYA

17 noyabr 2018-ci il tarixdə Quluzadə Fərhad Mətləb oğlunun Sumqayıt Texnologiyalar Parkının zavodlarının birində hündürlükdən yıxılaraq həlak olması barədə məlumat yayılıb.

Sumqayıt Texnologiyalar Parkının İctimaiyyətlə Əlaqələr üzrə menecer Rəşad Əliyev Yenicag.az-a bildirib ki, xəbərlərdə qeyd edilən şəxs Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərmir.

Ümumiyyətlə Zavod ərazisində hər hansı bir səbəbdən ölüm və ya qəza hadisəsi baş verməyib.