Fələstin İsraili Haaqa Beynəlxaq Məhkəməsinə verib.
Yenicag.az-ın məlumatına görə, Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki İsrailin Fələstində törətdiyi qətllərlə bağlı sənədlər Haaqa Beynəlxaq Məhkəməsinə təqdim olunub.
Qeyd edək ki, mayın 14-də Qüdsdə ABŞ səfirliyinin açılışı olub. Buna etiraz edən minlərlə fələstinli Qəzza zolağında aksiya keçirib. İsrail ordusunun açdığı atəş nəticəsində 62 fələstinli həlak olub, 3000-dən çox insan yaralanıb./Report/