“HƏMAS hələ hökumətin bir hissəsi ola bilməz”.
Yenicag.az “The Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki bildirib ki, HƏMAS niyə yeni hökumətin bir hissəsi olmamalı olduğunu başa düşür.
“İndi HƏMAS-ın tərkibində olacağı hökumətin vaxtı deyil. Çünki əvvəllər olduğu kimi, bir sıra ölkələr tərəfindən boykot ediləcək.
Biz qəbul olunmaq və beynəlxalq ictimaiyyətlə tam qarşılıqlı əlaqə qurmaq istəyirik”, – əl-Maliki bildirib.
Xuraman Etibarlı