Fələstin Prezidenti Türkiyəyə səfər edəcək

Fələstin Prezidenti Mahmud Abbas avqustun 22-də Türkiyəyə səfər edəcək.

Yenicag.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi dövlət agentliyi VAFA məlumat yayıb.

Bildirilib ki, onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfərə dəvət edib.