!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fələstindən Beynəlxalq Haaqa Məhkəməsinə şikayət: "ABŞ hüquqi normativləri pozur"

!Reklam – Yazi

Fələstin ABŞ-ın beynəlxalq müqaviləyə riayət etmədiyini səbəb göstərərək Beynəlxalq Ədalət Məhkəməsinə (ICJ) şikayət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsinin mərkəzi Haaqadan verilən açıqlamalarda bildirilib.

Açıqlamalarda Fələstin tərəfinin, ABŞ-ın beynəlxalq razılaşmalara riayət etməməsi və həmçinin Qüdsdə açılmış səfirliyinin onların ərazi bütövlüyünə zidd olması məsələlərini qabartdığı qeyd edilib.

Fələstin tərəfi, ABŞ-ın Qüdsdə səfirlik açmasının 18 Aprel, 1961-ci ildə imzalanmış Vyana anlaşmasına zidd olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trumpun 6 Dekabr, 2017-ci il tarixində Qüdsü İsrailin paytaxtı kimi tanımış və ölkəsinin Tel Əvivdəki səfirliyini Qüdsə köçürmək barədə qərar qəbul etmişdi.

www.yenicag.az

3492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv