!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fələstində İsrailin hücumları nəticəsində 4 nəfər öldü

!Reklam – Yazi

Qəzza sektoru boyunca İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 4 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə AFP Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, 18 yaşlı fələstinli aldığı yaralardan xəstəxanada vəfat edib.

Dünən İsrail ordusu sərhəddə 8 min fələstinlinin toplaşdığını xəbər verib. Aksiya iştirakçıları avtomobil təkərlərinin rezin üzlüklərini – şinləri yandırıblar və hərbçilərə alovlandırıcı vasitələr atıblar. Aksiya zamanı 3 fələstinli güllə yarası alıb. Onlardan birinin 16 yaşı var.

Həkimlər bildiriblər ki, İsrail hərbçiləri aksiyanı dağıdan zaman içində gözyaşardıcı qaz olan qumbaralardan istifadə ediblər və dəfələrlə etirazçılara atəş açıblar. Onların məlumatına görə, nəticədə 50-ə yaxın fələstinli yaralanıb. Qarşıdurmalar zamanı həmçinin qaz zəhərlənməsi də qeydə alınıb.

Daha əvvəl, dekabrın 10-da Qəzzada 10 fələstinli fəal yaralanıb. İsrailin təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib./Report/

www.yenicag.az

7592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv