Fələstinin Xarici İşlər naziri Riyad əl-Maliki noyabrın 4-dən 6-dək Azərbaycana səfər edəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a Fələstin dövlətinin Azərbaycandakı səfiri Naser Əbdül Kərim məlumat verib.
Səfər zamanı Fələstin xarici işlər naziri Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, eləcə də noyabrın 5-də Bakıda keçiriləcək Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin görüşünə sədrlik edəcək.