Fələstinli model “Adidas”ın silinmiş reklamından danışdı

Fələstin əsilli dünyaca məşhur amerikalı model Bella Hadid onun iştirakı ilə “Adidas” reklam kampaniyası ətrafında yaranmış vəziyyəti şərh edib.

Əvvəllər marka İsrailyönlü lobbi qrupları və təşkilatların təzyiqindən sonra onu aradan qaldırmışdı.

Yenicag.az xəbər verir ki, Hadid sosial media hesabında reklamın tarixi kontekstindən xəbərsiz olduğunu bildirib. Model “heç vaxt bilərəkdən hər hansı bir dəhşətli faciə ilə bağlı bir layihədə iştirak etməyəcəyini” vurğulayıb.

“Kampaniyadan əvvəl 1972-ci ilin dəhşətli hadisələri ilə tarixi əlaqə haqqında heç bir fikrim yox idi”, – deyə o bildirib.

Modelin sözlərinə görə, o, antisemitizmə qarşı çıxışını davam etdirəcək. “Antisemitizmin Fələstin xalqının azad edilməsində yeri yoxdur”, Bella Hadid deyib.

“Fələstin terrorizmin sinonimi deyil. Mən fələstinli olduğum üçün fəxr edirəm və bizim mədəniyyətimizdə bu müqayisələrdən daha çox şey var”, – deyə o əlavə edib.

5 sentyabr 1972-ci ildə Münhen Olimpiadası zamanı fələstinli qrup üzvləri Olimpiya kəndinə soxularaq, bir qrup İsrail idmançısını girov götürdülər. Hadisə zamanı İsrail komandasının 11 üzvü həlak olub.

Nəsimi Ələsgərli

COP29