ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq fələstinlilərin cümə günü keçirdiyi etiraz aksiyası zamanı israillilərlə toqquşmalar zamanı 4 fələstinli aldığı güllə yarasından ölüb.
Yenicag.az xəbər verir ki, İsrailin son günlərdə hücumları nəticəsində ölənlərin sayı 8-ə çatıb. Yaralananların sayı isə 400-ü keçib.
Təzyiqlərə baxmayaraq, fələstinlilər Qüds uğrunda mübarizələrini davam etdirirlər…