“Femen” təşkilatının qurucularından olan ukraynalı Oksana Şaçko Fransadakı evində ölü tapılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı Oksananın meyiti Parisdə yaşadığı evdə aşkarlanıb. Səs-küylü aksiyaları ilə tez-tez gündəmə gələn feminist qadının intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, onun ölümü hazırda “Twitter” sosial şəbəkəsində ən çox müzakirə edilən mövzudur.