!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Feministdən təhsil nazirinə CAVAB: "Qadını şeytanlaşdırıb "problem" kimi təqdim etmək lazım deyil"

!Reklam – Yazi

“Qadınların öz hüquqlarından istifadə edərək təhsilə çıxış əldə etməsi Emin Əmrullayevi niyə narahat edir?!”.

Bu sözləri təhsil naziri Emin Əmrullayevin qadınların təhsildə çox olmasının gələcəkdə problem yaradacağı ilə bağlı fikrinə münasibət bildirən feminist aktivist Gülnarə Mehdiyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktivist qeyd edib ki, qadının hüquqlarından istifadə edərək sərbəst seçim etməsinin gələcəkdə problem kimi təqdim edilməsinin səbəbi sual altındadır:

“Tam müəyyən edə bilmədim ki, təhsildə çox olmaq deyəndə Emin Əmrullayev nəyi nəzərdə tutur. Qadın müəllimlərin çoxluğunu, yoxsa təhsilli qadınların çoxluğunu…Əgər ikinci variantdırsa, təhsil hər kəs üçün əlçatımlı olmalıdır. Hər kəsin təhsil almaq hüququ var. Qadınların öz hüquqlarından istifadə edərək təhsilə çıxış əldə etməsi Emin Əmrullayevi niyə narahat edir, bilmirəm. Kimə problem yaradacaq, niyə problem yaradacaq? Bu suallar açıq qalır. Burada Molla Nəsrəddin jurnalında yayımlanan bir karikatür yadıma düşdü. Bir qadın yazı yazır, digərləri isə onun özü yazıb-oxumağından heyrətə gəlir.

Deyəsən o dövrdən bəri heç nə dəyişməyib, təhsilli qadın hələ də şeytandır.

Əgər birinci variantdırsa və söhbət qadın müəllimlərdən gedirsə, burada da nə kimi problemlərin olduğu sual altındadır. Təkcə o fikirlə razı ola bilərəm ki, hansısa vəzifələrdə bir genderin digərindən çox təmsil olunması yaxşı hal deyil. Hər kəsə bərabər imkanlar yaradılsa, əla olar. Lakin patriarxal cəmiyyətlərdə ailəni dolandırmaq anlayışı kişiyə yüklənir və müəllim maaşı isə əksər hallarda aşağı olduğu üçün kişilərin bu sahəyə marağı az olur, burda perspektiv görmürlər. Qadınlar üçün isə müəllimlik əxlaq kodeksinə uyğun, “ədəbli” peşə sayılır və bəzən mühafizəkar ailələr də qadının məhz müəllim kimi işləməsinə icazə verirlər. Burada bir çox sosial səbəblər var ki, müəllimlikdə məhz qadınların çox təmsil olunmasına gətirib çıxarır. Bunun kökünü patriarxatda araşdırmaq lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv