“Fənərbağça” ardıcıl 9-cu qələbəsini qazandı

Türkiyə Superliqasında IX turun oyunları davam edir.

Yenicag.az xəbər verir ki, bu gün daha dörd oyun keçirilib.

Çempionatın lider komandası “Fənərbağça” öz meydanında “Hatayspor”u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Sebastyan Şimanski, 15-ci dəqiqədə Osayi Samuel, 39-cu dəqiqədə Edin Ceko və 63-cü dəqiqədə İrfan Can Kahveci vurublar. Qonaqlardan isə 55-ci dəqiqədə Fauzi Qulam və 90+4-cü dəqiqədə Rayan Abid fərqləniblər. Hatay təmsilçisinin heyətində meydana start heyətində çıxan Azərbaycan millisinin hücumçusu Renat Dadaşov sonadək əvəzlənmədən oynayıb.

Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan “Fənərbağça” turnir cədvəlinə başçılıq edir. “Hatayspor” 14 xalla altıncıdır./Trend/