“Fənərbağça” növbəti qələbəsini qazandı

Türkiyənin “Fənərbağça” komandası UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi doğma meydanda Bolqarıstan “Ludoqorets”ini qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qolları Türkiyə klubunun futbolçuları vurublar. “Fənərbağça”nın heyətində 42-ci dəqiqədə Mişi Batşuayi, 52 və 90+3-cü dəqiqədə Mixa Zayts fərqləniblər. 65-ci dəqiqədə isə Rodriqo Bekao avtoqol müəllifi olub.

COP29