“Fənərbağça” səfərdə, “Beşiktaş” evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

Yenicag.az matc.az-a istinadən bildirir ki, bazar günü daha üç görüş baş tutub.

“Qaziantep” doğma meydanda “Kayserispor”a 3 cavabsız qolla qalib gəlib.

Turun maraqla gözlənilən qarşılaşmasında “Fənərbağça” lider “Sivasspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

İstanbulun digər təmsilçisi “Beşiktaş” da evdə “Yeni Malatyaspor”a uduzub.