Türkiyə Super Liqasının 7-ci turunda “Çaykur Rizespor”un qonağı olan “Fənərbaxça” böyük hesabla uduzub.
Yenicag.az xəbər verir ki, oyunun taleyini həll edən qollar ilk hissədə vurulub.
Vedat Muriqi (30), Umar Aminu (35) və Braian Samudio (41) vurduğu qollar rizəlilərə 3:0 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça” 7 xalla 14-cü pillədə qərarlaşıb.