“Fənərbaxça” Emenikeni satdı

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Emmanuel Emenikenin yeni iş yeri bəlli olub.

Yenicag.az xəbər verir ki, nigeriyalı forvard karyerasını Yunanıstanda davam etdirəcək. 30 yaşlı hücumçu tibbi baxışdan keçdikdən sonra “Olimpiakos”la müqavilə imzalayacaq.
Afinalılar bu keçid üçün İstanbul təmsilçisinə 2 milyon avro ödəyib.

Yenicag.az