Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, Super Liqa təmsilçisi son olaraq “Marsel”də çıxış etmiş Adil Ramini transfer edib. 33 yaşlı müdafiəçi ilə 1+1 şərti ilə müqavilə imzalanıb.
Rami, karyerası ərzində “Lill”, “Milan”, “Sevilya” kimi klublarda forma geyinib. Müdafiəçi Fransa millisinin də üzvüdür. Rami, Fransa millisi ilə DÇ-2018-in qalibi olub./komanda.az/