Türkiyə Kubokunun yarımfinal mərhələsində “Beşiktaş”la “Fənərbaxça” arasında keçirilən və yarımçıq qalan cavab qarşılaşması gözlənildiyi kimi baş tutmayıb.
Yenicag.az xəbər verir ki, “qara-qartallar” əvvəlcədən də bəyan etdiyi kimi oyuna çıxmayıb. Rəqib futbolçuları isə meydanda çıxaraq “Beşiktaş”ı gözləyib.
TFF-nin Şenol Günəşin komandasına texniki məğlubiyyət verəcəyi gözlənilir.
Qeyd edək ki, baş verən insidentlər səbəbindən yarımçıq qalan qarşılaşma Türkiyə Futbol Federasiyasının qərarına əsəsasən 57-ci dəqiqədən davam etdirilməli idi.