“Fənərbaxça”nın qapıçısının xanımı övladını suda doğdu – FOTO

“Fənərbaxça”nın təcrübəli qapıçısı Volkan Dəmirəlin həyat yoldaşı Zeynep Demirel sosial şəbəkədə maraqlı fotosunu paylaşıb.

Yenicag.az xəbər verir ki, Zeynepin suda doğum anının şəkli izləyiciləri tərəfindən çox bəyənilib. 4 ay öncə ikinci uşağını dünyaya gətirən Zeynep fotoya bu sözləri yazıb:

“Ağrını azaldan ən effektiv üsulu araşdırdım və suda doğmağa qərar verdim. 20 dəqiqə hovuzda qaldım. Hər şey bir anda olub bitdi, mən heç nə anlamadım…”.

COP29