“Fənərbaxça” yenə qələbəyə həsrət qaldı

Türkiyə Super Liqasında 8-ci turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, turun mərkəzi görüşü Kadıköydə baş tutub.

“Fənərbaxça” doğma azarkeşləri önündə “Başakşehir”lə qarşılaşıb.

90 dəqiqənin sonunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbaxça” 8 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Xallarının sayını 15-ə yüksəldən “Başakşehir” isə 2-ci pillədə yer alıb.