“Fənərbaxça”da siqaret qalmaqalı: iki futbolçu qovuldu – FOTO

“Fənərbaxça”da siqaret qalmaqalı yaşanıb.

Yenicag.az xəbər verir ki, iki futbolçu siqaret çəkdiyi üçün heyətdən qovulub.

Bunlar komandanın gənc üzvləri Kerem Bulut və Oytun Akdoğandır. Məsələ burasındadır ki, Kerem Bulut sosial şəbəkədə “Topul Yaylası ceza evi” alt yazısı ilə şəkil paylaşıb. Paylaşılan şəkildə də onun qucağında içi siqaret kötükləri ilə dolu olan külqabı olduğu açıq-aşkar görünür.

Bu paylaşımdan sonra futbolçular siqaret çəkdiklərini etiraf ediblər və Kerem Bulutla Oytun Akdoğan klub rəhbərliyi tərəfindən heyətdən uzaqlaşdırılıblar.

Yenicag.az