“Fənərbaxça”da ŞOK: Bir oyunçuda koronavirus aşkarlandı – SON DƏQİQƏ

Türkiyənin “Fənərbaxça” futbol kulubunun bir oyunçusunda yeni növ koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu gün koronavirusla bağlı test verən bütün “Fənərbaxça” heyətindən iki nəfərdə koronavirus aşkarlanıb.

İdman klubundan verilən məlumatda qeyd edilib ki, klubun oyunçuları, texniki heyəti və işçiləri koronavirus testindən keçiblər.

Analiz nəticəsində bir oyunçuda və sağlamlıq heyətindən bir nəfərdə koronavirus şübhəsi yaranıb. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər.