Bu gün Türkiyənin “Fənərbaxça” klubunda prezident seçkiləri keçirilir.
Yenicag.az xəbər verir ki, İstanbul nəhənginin rəhbər postuna iki namizəd var. Bunlardan biri klubun indiki prezidenti Aziz Yıldırımdırsa, digəri Ali Koçdur.
Maraqlıdır ki, bu iki şəxs arasında prezidentlik postu uğrunda mübarizə hələ məşhur “Qurdlar Vadisi” serialında da illər öncə ekranlaşdırılıb. Həmin serialın 2013-cü ildə yayımlanmış bir epizodunu təqdim edirik: