“Fənərbaxça”dan növbəti transfer – Rəsmi

Türkiyənin “Fənərbaxça” klubu növbəti transferini rəsmiləşdirib.

Yenicag.az xəbər verir ki, İstanbul təmsilçisi “Monako”nun yarımmüdafiəçisi Nabil Dirarla razılığa gəlib.
31 yaşlı oyunçu ilə bu gün rəsmi sözləşmə imzalanacaq. Məlumatı klubun rəsmi saytı yayıb.

Qeyd edək ki, 2012-ci ildən “Monako”da çıxış edən Dirar, Mərakeş millisinin üzvüdür.

Xatırladaq ki, “Fənərbaxça” buna qədər Matyu Valbuena və Mehmet Ekicini də heyətinə cəlb edib.

Yenicag.az