Türkiyənin “Fənərbaxça” klubunda iyun ayında keçiriləcək prezident seçkiləri öncəsi qalmaqal yaşanmaqdadır.
Yenicag.az xəbər verir ki, hazırkı prezident Əziz Yıldırıma əsas rəqiblərdən sayılan Ali Koça dəstək olan İstanbul klubunun fanatları sosial şəbəkələrdə onunla bağlı müxtəlif şüarlar səsləndirirlər. Lakin “Twitter”də yaradılan #YetişYaAli həştəqi Türkiyəni bir-birinə vurub. Təsadüfi deyil ki, bu həştəq hazırda 1 nömrəli trendə çevrilib.
“Fənərbaxça” tərəfdarlarının gündəmə çevirdiyi bu şüar xüsusilə ələvilər tərəfindən böyük narazılıqla qarşılanıb. Bunu rəzalət adlandıran qarşı tərəf sözügedən həştəqin dinə həqarət olduğunu bildirir.