“Fənərbaxça”nın sabiq futbolçusu “Qalatasaray”da

Türkiyənin “Qalatasaray” klubu heyətini daha bir futbolçu ilə gücləndirir.

Yenicag.az xəbər verir ki, söhbət Simon Kjaerdən gedir.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, İstanbul təmsilçisi danimarkalı futbolçunu “Sevilya”dan 1 illik icarəyə götürəcək.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2015-2017-ci illərdə digər İstanbul nəhəngi “Fənərbaxça”da çıxış edib.

COP29