Yenicag.az xəbər verir ki, bu gün Fərda Xudaverdiyevin “ Selfinaz” adlı konserti baş tutub. Konsertə başlamazdan əvvəl Fərda medianın qarşısına keçərək sualların cavablandırıb:
“Bu gün çox həyəcanlıyam. Səhnə tərtibatım türkiyəli aktyor Cem Yılmazın səhnə tərtibatına oxşayır və bunu bilərəkdən etmişəm. Konsertimlə “Stand-up “ı Azərbaycanda sevdirəcəm”
F.Xudaverdiyev qeyd edib ki, “Yoruldum! Bunu səhnədə də səsləndirəcəyəm. 69+ danışanların məndən hörmətli olmaları mənə pis təsir etdi.
Ona görədə bu günki konserti 16+ etmişəm. Bu elə bir mövzudur ki, bunu hər kəs arasında danışanda çox güləcəyik. İnaniram ki, yaxın illərdə hər kəs Stand up şousunu sevəcək və ən öndə gedən janr olacaq”.
Qeyd edək ki, şəkillər fotoqraf Faiq Nəsirli tərəfindən çəkilib.
Qeyd edək ki, Konsertdə Elməddin Cəfərov, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, Pərvin Abıyeva, müğənnilər Günay İbrahimli, Ayaz Qasımov, Xatun Əliyeva, aparıcılar Nanə Ağamalıyeva, Vüsalə Əlizadə, Afaq Gəncəli, Nərgiz Məmmədova və s. iştirak ediblər.