!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərdi evlərin ÇIXARIŞ PROBLEMİ: “Vətəndaşlar öz evlərinə qeydiyyata düşə bilmir” – Ekspertdən TƏKLİF

!Reklam – Yazi

“Vətəndaş öz çıxarışsız mənzilinə qeydiyyata düşmək üçün ya məhkəməyə müraciət etməli, ya da hansısa qeyri-qanuni varianta əl atmalı olur”.

Bu fikirləri Yenicağ.az-a açıqlamasında çıxarışsız mənzillərin vətəndaşlar üçün yaratdığı problemlərə toxunan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyev qeyd edib ki, bu ilin avqust ayından başlayaraq, orta məktəblərin 1-ci sinfinə şagird qəbulu üçün sənəd hazırlayan valideynlər qeydiyyat məsələsində ciddi problemlərlə üzləşirlər:

“Məlumdur ki, Bakı və Abşeron ərazilərində yüz minlərlə çıxarışsız ev mövcuddur. Çıxarış olmadığına görə vətəndaşların öz evlərinə qeydiyyata düşməsi müşkül məsələyə çevrilib.

Qanuna əsasən, ünvana qeydiyyata düşmək həmin mülkə sahiblik hüququ vermir. Yəni vətəndaşın bir ünvanda qeydiyyata düşməsi onun həmin mülk üzərində mülkiyyət hüququna sahib olması anlamına gəlmir.

Bu məsələ uzun illər böyük problem olaraq qalsa da, ötən il prezident İlham Əliyevin tapşırığı ilə yeni tikilən 400 çoxmənzilli binaya çıxarış verildi.

Nəticədə minlərlə insanın həm çıxarış, həm də qeydiyyat problemi aradan qalxdı. Çoxmənzilli yeni tikili binalara çıxarışlar qısa müddətdə verilsə də, koronavirus pandemiyası səbəbindən fərdi həyət evlərinə çıxarışların verilməsi xeyli yubandı.

Ümid edək ki, ən qısa zamanda bu problem də həll olunacaq. Sözügedən halların gələcəkdə də baş verməməsi üçün sənədləşmə məsələlərinə ciddi dəyişikliklər edilməli və bütün prosedur qaydaları sadələşməlidir. Bu halda nə amnistiyaya ehtiyac qalacaq, nə də vətəndaşlar belə problemlərlə üzləşəcəklər”.

Gülşən Şərif

www.yenicag.az

2498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv