Fərdi məlumat nədir?

Fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayı yolla müəyyənləşdirməyə imkan verən istənilən məlumatdır.

Yenıcag.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bu məlumatlara fiziki şəxsin adı, soyadı, atasının adı, doğulduğu tarix, cinsi, vətəndaşlığı, telefon nömrəsi, e-poçt ünvanı, yaşadığı yer, ixtisası, iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, IP ünvanı, səhhətinə dair məlumatları, şəkli və.s daxildir.

Fərdi məlumatların işlənilməsi və mühafizəsi “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

COP29