Fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair QAYDALAR

Pandemiya dövründə fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki vəsaitdə xidmət sahələri üzrə fərdi xüsusiyyəti olan sahələrə dair məlumatda bildirilib.

Qaydalarda deyilir:

• Onlayn tədris prosesinə üstünlük verilməlidir;

• Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda keçirilməlidir;

• Tədris vaxtı tibbi maskadan istifadəetmək məcburidir;

• Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

• Dərs vəsaitləri ortaq istifadəedilməməlidir;

• Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

• Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.