!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərəc Quliyevə qarşı sərt ittiham – “Parlamentdə olmamalıdır”

!Reklam – Yazi

57y6sü4Əli Orucov: “Onun kimilərinin müxalifətçiliyi ancaq öhdəliklər çərçivəsində olub”

Milli Məclisdə özünü müxalifət adlandıran bir çox deputatlar var ki, əslində fəaliyyətlərini izləyəndə onların müxalifətlə bağlı hansısa addım atdıqlarını müşahidə etmək mümkün deyil. Belə deputatlardan biri də Milli Dirçəliş Partiyasının sədri olaraq özünü müxalif düşərgənin təmsilçisi hesab edən Fərəc Quliyevdir. Bu şəxs parlamentdə oturduğu 5 il ərzində bir dəfə də olsun müxalif maraqları təmsil edən fikirlər səsləndirməyib. Əksinə, işi-gücü ancaq müxalifət əleyhinə danışmaqdan, iqtidarı tərifləməkdən ibarət olub.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov Yenicag.az-a açıqlamasında bildirdi ki, F. Quliyevin müxalifətçiliyi ancaq iqtidar qarşısında öhdəliklər çərçivəsində olub: “Əslində müxalifət partiyasının üzvü olaraq parlamentə düşüb, orada müxalifətçi kimi təmsil etmək heç də həmin şəxslərdən özündən asılı olmur. Parlament elə formalaşdırılıb ki, istəsən belə orada müxalif fikirlərin səsləndirilməsinə imkan verilmir. İkinci bir tərəfdən, parlamentə düşən müxalifət partiyaları və onların təmsilçiləri adətən öncədən hakimiyyət qarşısında müəyyən öhdəlikıər götürürlər və həmin öhdəlikdə nəzərdə tutulan şırtlərdən də kənara çıxa bilmirlər. Görünür, Fərəc Quliyev də belə öhdəliklər götürüb ki, özünü parlamentdə bir müxalifətçi kimi göstərə bilməyib. Onun kimilərinin müxalifətçiliyi ancaq öhdəliklər çərçivəsində olub. Görürük ki, onların təmsilçiləri çox vacib məqamların müzakirəsində ya susur, ya da hakimiyyətin mövqeyindən çıxış edirlər. Bu baxımdan hesab edirəm ki, Milli Məclisin işinin keyfiyyətli olması üçün parlamentdə ancaq real müxalifət partiyaları təmsil olunmalıdır. Daha Fərəc Quliyev kimiləri yox”.

 

Əlimurad

YeniCag.Az

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv