Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edildi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Şəmsi oğlu Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, oktyabrın 27-də Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur.