Fərid Nəbiyev yenə dubl etdi – 19-cu qol

“Slavya”ın gənclər komandasında çıxış edən 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Fərid Nəbiyev Çexiyada növbəti qollarını vurub.

Yenicag.az-ın məlumatına görə, gənc hücumçu pley-off mərhələsində 5-ci turun “Karvina” ilə oyununda dubl edib. Fəridin 90 dəqiqə meydanda olduğu qarşılaşma komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 20 yaşlı hücumçu bu mövsüm “Slaviya”nın heyətində 19 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridir. “Slaviya” isə 10 xalla 2-ci pillədə qərarlaşıb.